Simeon Slavçev: "Qarabağ"a deyil, bütün Azərbaycana edilən çirkin təxribatdır"

"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına Avropa Liqasının qrup mərhələsinin ikinci turunun "Düdelanj"la səfər oyununda baş verən erməni təxribatı barədə danışıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi bunun bütün Azərbaycan xalqına qarşı təxribat olduğunu söyləyib:

"Bu hərəkət təkcə bir komandaya qarşı deyil, bütün Azərbaycana edilən çirkin təxribatdır. Bunu qınayıram. Təxribat edənlər bizim konsentrasiyamızı pozmaq, hər şeydən öncə isə Azərbaycanın adına xələl gətirmək istəyirdi.

Dron aşağı enib, yuxarı qalxırdı və bunu edən şəxs futbolçuları, xüsusilə də azərbaycanlı oyunçuları gülməli vəziyyətə salmaq idi. Sonradan özümüzü ələ aldıq. Azarkeşlərin meydana daxil olması və komanda yoldaşlarımın dronu topla vurmaq istəməsi haqlıdır. Bu həqiqətən də çirkin təxribat idi.

Bu hadisədə "Düdelanj"ın əli yoxdur. Təxribatı törədən şəxs dronu stadiondan kənarda, bir evin damından pult vasitəsilə idarə edirdi

Paltardəyişmə otağında azərbaycanlı futbolçuların necə emosional olduqlarını, Azərbaycan üçün necə can yandırdıqlarını gördüm. Məqsədləri bizi özümüzdə çıxarmaq idi, ancaq psixoloji baxımdan hər şeyə hazır olduğumuz üçün istəkləri reallaşmadı. Baş məşqçi biz peşəkar olduğumuzu və bu təxribatın bizə mənfi təsir etməməli olduğunu bildirdi. Qurban Qurbanovun dediklərini etdik və bu, bizə uğur gətirdi.

"Düdelanj" - "Qarabağ" matçının ilk hissəsində dronla meydanın mərkəzinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirildiyi üçün oyunda gərgin anlar yaranmışdı. Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan xalqından üzr istəmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right