“Sumqayıt” Aleksey İsayevdən FIFA-ya şikayət edib

Ötən mövsüm “Sumqayıt”ın heyətində sərgilədiyi oyunla yığma komandaya da dəvət alan Aleksey İsayev hələ də komandanın düşərgəsinə qayıtmayıb.

Newsport.az saytının məlumatına görə, başqa kluba keçəcəyi iddia edilən 23 yaşlı yarımmüdafiəçi "Sumqayıt"da qaldı. Buna baxmayaraq, futbolçu komandaya qayıtmır.

"Gənclik şəhəri" təmsilçisi müqavilə şərtlərinə əməl etməyən oyunçunu FIFA-ya şikayət edib. Klub prezidenti Riad Rəfiyev Premyer Liqanın 7-ci turunda "Keşlə" ilə oyundan (0:0) sonra bu barədə məlumat verib: "Alekseyin bizimlə müqaviləsi var. Əgər hansısa klubla müqavilə imzalamaq istəyirsə, "Sumqayıt"a pul ödəməlidir. Əks halda öz klubuna qayıtmalıdır. Buna görə FIFA-ya şikayət etmişik".

“Yenisey”in yetirməsi ötən mövsüm "Sumqayıt"da 31 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right