Fanat.az 11 yaşında!

Bu gün Fanat.az-ın yaranmasının 11 ili tamam olur. 2008-ci ilin 5 oktyabrında müstəqil Fanat.az domenində fəaliyyətə başlayan sayt Azərbaycanın ilk milli xəbər portalıdır.
 
Bu vaxta qədər rus dilində, həmçinin agentliklərin əlavəsi olaraq Azərbaycan dilində xəbər saytları fəaliyyət göstərsə də, Fanat.az ilk dəfə müstəqil şəkildə və doğma dildə fəaliyyət göstərən idman saytı olaraq tarixə düşüb. Bundan sonra yeni saytlar fəaliyyətə başlayıb və Azərbaycan idman mediası inkişaf dövrünə qədəm qoyub.
 
İlk gündən oxucuların sevimlisi olan Fanat.az qısa müddətdə idman mediasının öncüllərindən birinə çevirilib. Azərbaycanla yanaşı, ölkə xaricində yaşayan minlərlə soydaşımız hər gün idman xəbərlərini məhz Fanat.az səhifələrindən oxuyur.
 
Təbrik edirik!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right