“Qarabağ” bizi yordu” “Düdelanj”ın futbolçusu

“Düdelanj”ın futbolçusu Tibo Leskoy Avropa Liqasının II turunda “Qarabağ”a uduzduqları (1:4) ev matçından sonra fikirlərini bildirib.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı müdafiəçi Azərbaycan təmsilçisinin oyuna tam nəzarət etdiyini deyib:

 

“Fərdi səhvlərdən erkən və bəsit qollar buraxdıq. Bundan sonra isə yalnız topun arxasınca qaçmalı olduq. “Qarabağ” bizi yordu. Onlar oyuna tam nəzarət etdilər. Matçda yaranmış fasilənin kömək etməyəcəyini bilirdik. Bu səviyyədə belə məğlubiyyət sürpriz deyil. “Qarabağ” gözlədiyimiz kimi güclü oynadı və oyunu idarə edə bildi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right