“Qarabağ”ın oyunu zamanı daha bir hadisə olubmuş Foto

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”a qarşı keçirdiyi matç zamanı daha bir insident baş verib. 

Newsport.az xəbər verir ki, “Jozi Bartel” stadionunun dayanacağında oğurluq olub. 

Matç məlum erməni təxribatına görə yarımçıq dayandırıldığı zaman oğrular dayanacağın 3-cü mərtəbəsinə daxil olaraq avtomobillərin şüşələrini sındırıblar.  Maşınlardan pul və bahalı əşyaları oğurlayıblar. Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” matçı 4:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Matç zamanı ermənilər stadionda təxribat törədiblər. Belə ki, onlar dron vasitəsilə Qondarma Dağlıq Qarabağ “bayrağ”ını meydançaya endirməyə çalışıblar. Buna görə matçda 30 dəqiqə ərzində fasilə yaranıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right