"Zirə"nin "Qəbələ" ilə 9-cu ev oyunu

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrə başa çatacaq. “Zirə” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində “Qəbələ” ilə görüşəcək.

 

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı matç rəqiblər arasında ölkə çempionatı çərçivəsində 17-ci duel olacaq. İlk dəfə 2015-ci ildə üz-üzə gələn komandalar son 4 mövsümün hərəsində dörd dəfə qarşılaşıb.

 

Əvvəlki 16 matçdan dördündə üç xal qazanan “Zirə” yeddi dəfə bir xalla kifayətlənib. “Qartallar” beş görüşdən xalsız ayrılıblar. 32 qolun vurulduğu qarşılaşmalarda əyalət klubu daha çox fərqlənib – 18:14.

 

“Qartallar”ın 10 futbolçusu bu oyunlarda qol sevinci yaşayıb. Sadio Tounkara, Nelson Bonilya, Viktor İqbekoyi və Milan Duriç “Qəbələ”ni daha çox – hərəyə 2 dəfə məyus edib.

 

Dövrənin son matçı “Zirə”nin “Qəbələ”yə qarşı 9-cu ev görüşü olacaq. Öz meydanındakı son 5 qarşılaşmadan xalsız və qolsuz ayrılmayan "Zirə" evdə üstünlüyə malikdir. 3 qələbəsi olan “Qartallar” eyni sayda heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə "Qəbələ"nin xeyrinədir – 8:10.


“Zirə” – “Qəbələ” oyunu oktyabrın 6-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right