"Qarabağ"a qalib gələ bilərik" “Düdelanj”ın baş məşqçisi

“Qarabağ”a qarşı oyun Avropa Liqasındakı hədəflərimizə müəyyən mənada aydınlıq gətirəcək”. Newsport.az saytının məlumatına görə, bunu “Düdelanj”ın baş məşqçisi Bertran Krasson deyib.

Emilio Ferreranın istefasından sonra bu posta müvəqqəti gətirilən belçikalı mütəxəssis ilk turda APOEL üzərindəki qələbəyə (4:3) baxmayaraq, təzyiq hiss etmədiklərini bildirib.

48 yaşlı çalışdırıcı "Qarabağ"la bu gün keçiriləcək oyun barədə də fikirlərini bölüşüb: "Komandada yüksək əhval-ruhiyyə var, hansısa təzyiq hiss etmirik. Çünki avrokuboklarda bizdən nəsə tələb edən yoxdu. Üstəlik, qrupa çıxmağımız və APOEL-i məğlub etməyimiz rəqiblərin də bizə ciddi yanaşmasına səbəb olub. Əlbəttə, "Qarabağ"ı da məğlub edə bilsək, qrupdan çıxmaq şansımız artacaq".

"Napoli", "Anderlext" kimi klublarda çıxış etmiş sabiq müdafiəçi "Qarabağ"a qalib gəlmək gücündə olduqlarını düşünür: "Sürətli irəliləmək istəmirik. Addım-addım hərəkət edirik. Bəli, qrup ikinciliyi əla olardı. Amma məsələyə real yanaşıram ki, sonra həvəsdən düşməyək. "Qarabağ"la oyunda qələbə qazana bilərik. Çünki öz meydanımızda çıxış edirik. Ancaq nəzərə alaq ki, daha sonra "Sevilya"ya qarşı iki oyunumuz olacaq".

Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək "Düdelanj" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right