Daniel Sinani: “Qarabağ”la matçdan çox şey asılı ola bilər”

“APOEL üzərində qələbə bizim üçün xüsusi an idi".

Newsport.az saytının məlumatına görə, bunu "Düdelanj"ın yarımmüdafiəçisi Daniel Sinani deyib.

Avropa Liqasının qrup mərhələsinə sürpriz şəkildə APOEL üzərində səfər qələbəsi ilə (4:3) başlayan Lüksemburq çempionu bu gün II tur çərçivəsində "Qarabağ"ı qəbul edəcək.

Kiprdəki qarşılaşmada dubla imza atan 22 yaşlı oyunçu həmin görüşü unuda bilmir. Lüksemburq millisinin üzvü bu uğurlu çıxışı davam etdirmək niyyətində olduqlarını deyib: "Kiprdəki matçdan sonra bəzi futbolçularımızın sevincdən ağladığını görmək inanılmaz idi. Bunlara baxanda deyirsiniz ki, belə məqamlara görə çox çalışmaq lazımdı. İndi bizi daha bir önəmli oyun gözləyir. APOEL kimi, "Qarabağ"ın da böyük avrokubok təcrübəsi var. Düzü, indi qrupdan çıxmaq barədə düşünmürük. Pillə-pillə irəliləmək istəyirik. "Qarabağ"la matçın nəticəsindən də çox şey asılı ola bilər".

Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right