“Qarabağ”dan “Neftçi”yə 3 cavabsız qol

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Qarabağ-2” “Neftçi-2” ilə üz-üzə gəlib. Ağdam klubunun əvəzediciləri bu oyunda darmadağına seviniblər.

Bu turda “Sumqayıt-2” komandası istirahət edir.

Birinci Divizion
6-cı tur

1 oktyabr

Qarabağ-2 – Neftçi-2 3:0
Qollar: Musa Qurbanlı, 50; 76. Zaur Fərzəliyev, 62.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Rəvan Həmzəzadə.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).

Turun digər oyunları: 3 oktyabr (Keşlə-2 – Turan Tovuz, Ağsu – MOİK, Sabah-2 – Kəpəz). 4 oktyabr (Zaqatala – Qaradağ Lökbatan, Zirə-2 – Səbail-2).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right