Emil Balayev yenə "üçlük"də

"Tobol"un Qazaxıstan Premyer Liqasının XXVIII turunda "Jetısu" ilə matçının ən yaxşı futbolçuları müəyyənləşib. Newsport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayev növbəti dəfə ən yaxşılar arasında yer alıb.

0:0 hesabı ilə başa çatan qarşılaşmada "Jetısu" qapıya 6 zərbə vursa da, Emil hamısını dəf etməyi bacarıb və quru seriyasını davam etdirib. 25 yaşlı qolkiper 245 xalla ötən turda olduğu kimi, 3-cü yeri tutub.

Instatın dəyərləndirməsinə görə, oyunun ən yaxşısı müdafiəçi Viktor Dmitrenko seçilib - 256 xal. Ruslan Valilullinin aktivində 255 xal olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right