"Azərbaycanla oyunun nəticəsindən çox şey asılıdı" Marko Rossi

"Futbolçularımız Slovakiya ilə oyunda əllərindən gələni etsələr də, böyük şansı əldən qaçırdığımızı başa düşürük. Bu gün soyuq başla son qarşılaşamada çox şanslı olduğumuzu deyə bilərəm". Newsport.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar öncəsi mətbuat konfransı təşkil edib. Komandanın 26 nəfərlik ilkin siyahısını açıqlayan italiyalı mütəxəssis onları çox vacib iki oyun gözlədiyini vurğulayıb.

Rossi hələ də qrupdan çıxmaq şanslarının olduğunu bildirib: "İndi həmişəkindən daha vacib iki çətin oyunumuz olacaq. Hələ də qrupdan çıxmaq şansımız var. Ancaq bu iki matçın nəticəsindən çox şey asılıdı. Xüsusən də, ikinci oyun. Əlbəttə ki, Azərbaycanla qarşılaşmada qalib gəlməliyik. Xorvatiyanı məğlub etmək kağız üzərində mümkünsüz görünə bilər. Lakin biz yaxşı təəssürat yaratmağa çalışırıq. Özümüzün və onların kim olduqlarını bilirik".

Qeyd edək ki, Macarıstan yığması Xorvatiya ilə oktyabrın 10-da Splitdə, Azərbaycanla isə 3 gün sonra Budapeştdə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah