Millimizin üzvü üçün 7 dəqiqə və 1 xal

Futbol üzrə Avstriya 2-ci liqasında 9-cu turun oyunları keçirilib. Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Barış Ekincierin formasını geyindiyi Klaqenfurt “Austria”sı da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda “Vorvarts Steyr”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Barış da bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.
 
“Austria” hazırda 19 xalla 16 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right