Əliyev “Rubin”lə oyunda ehtiyatda qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rubin”lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 11 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı sırada qərarlaşıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right