Sxadadze Azərbaycana dönmək məsələsinə aydınlıq gətirdi

"İnter"in sabiq baş məşqçisi Kaxaber Sxadadzenin yenidən Azərbaycana qayıtması ilə bağlı söz-söhbət yayılıb. Newsport.az xəbər verir ki, Qazaxıstan mətbuatı gürcüstanlı mütəxəssisin Premyer Liqa klublarının birindən təklif aldığını yayıb.

Lakin "Ordabasi"nin çalışdırıcısı Qazaxıstan çempionatının XXVIII turunda "Kayrat"la keçirilən oyundan sonra məlumatı təkzib edib. Sxadadze 1:4 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından "Azərbaycandan bir komandaya rəhbərlik edə biləcəyiniz barədə məlumat nə dərəcədə etibarlıdı" sualını bir cümlə ilə cavablandırıb: "Mən heç kimlə danışıq aparmıram".

Qeyd edək ki, Kaxaber Sxadadze 2009-2015-ci illərdə "İnter"ə başçılıq edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right