Zaur Axundov: "Ötən mövsüm mehriban kollektiv yox idi"

Azərbaycan Premyer Liqasının VI turunda "Zirə"ni 2:0 hesabı ilə məğlub edən "Keşlə" klubunun Müşahidə Şurasının rəhbəri Zaur Axundov oyundan sonra Sportal.az-a müsahibə verib.

 

Newsport.az-ın məlumatına görə, klub rəsmisi pncə oyunla bağlı danışıb:

 

- Hər iki komanda gözəl futbol nümayiş etdirdi. Afişa və marağına görə, turun ən baxımlı oyunu idi. Komandanı təbrik etdim. Yuxarı pillələrdə qalmaq üçün vacib qələbə idi. “Zirə”yə həmişə böyük hörmətlə yanaşmışam. Onlar da yaxşı oynadı, ancaq bu, futboldur.
 
- “Keşlə” yuxarı pillələrdə qərarlaşıb. Bu yerlərdə sona qədər qala biləcksiniz?
- Sonuncu yerdəki komanda qalib gələndə 4-5-ci yerə qədər yüksəlir. Hələ heç nə bilmək olmaz. Komandalar bir-birinə yaxındır. Bu da çempionatın gərginliyindən xəbər verir. “Sumqayıt”la oyunumuz qalıb. Uşaqlara dedim ki, vaxt azdır, həmin oyuna hazırlaşın.
 
- Ötən il komandadan kəskin şəkil naraz idiniz. Bu mövsüm göstərilən oyun və gələn legionerlərdən razısınız?
- Əsas odur ki, komandada mehribanlıq var. Keçən ilə belə şey yox idi. Komandada mehribanlıq və nizam-intizam var. Nizam-intizam olandan sonra nəticə də olur. Əsas bunun üzərində işləyirik. Taktiki planda isə baş məşqçimiz və onun köməkçiləri var, çalışırlar.
 
- “Keşlə”nin əsas məqsədi nədir? “Qarabağ”la çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
- “Qarabağ” adlı-sanlı komandadır. Qurban Qurbanovun komandasına Avropa Liqasında “Düdelanj”la oyunda qələbə arzu edirəm. “Qarabağ” ölkəmizi Avropada layiqincə təmsil edir. Biz bu mübarizə barədə fikirləşmirik. Hələ öz oyunumuzu təkmilləşdirməliyik ki, bu səviyyədə qalaq. Hələ bunu fikirləşmirəm. Təbii ki, hər klub rəhbəri istəyər ki, komandası yuxarı yerlərdə olsun, nəticə qazansın. Ancaq çempionat yeni başlayıb. Müəyyən boşluqlar var ki, məşqçilər korpusu bunun üzərində işləməlidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right