Rövşən Babayev: "Fikirlərim düz ifadə olunmamışdı"

Azərbaycan Premyer Liqasında VI turun “Sabah” – “Səbail” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, Babayev əvvəlcə görüş barədə fikirlərini bildirdi:

- Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsun.

- Hücum xəttində vəziyyət necədi?
- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.

- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...
- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.

- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa...
- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.

- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?
- 3 xal çox vacib idi.

- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...
- Məlumatım yoxdu.

- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...
- Futbol komanda oyunudu.

- Bəs amplualar üzrə bölünmə niyədi?
- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right