"Yaramızı az da olsa sağaltdıq" - Roberto Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görəİtaliyalı mütəxəssis 3:0 hesablı qələbəyə sevindikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oynadıqları üçün onlara təşəkkür edirəm. Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi. İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Çünki əvvəldən sondadək oyuna köklənmişdim. Çempionatın necə bitəcəyini indidən deyə bilmərəm, amma bu qələbə çox vacib idi. Monrozun həftəboyu bir az ağrıları var idi deyə, məşqlərə gec qoşuldu. Namiq isə məşqlərdə özünü yaxşı göstərmişdi. Buna görə də ona ilk dəqiqələrdən şans verdim. Geniş heyətimiz var deyə, çalışıram rotasiya edim. Deyərdim ki, bizdə yara vardı. Yaramızı az da olsa, sağaltmış olduq. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq”.

Bordin azarkeşlərin istefa şüarı səsləndirməsinə münasibət bildirib:

"Matç başa çatıb. Görmürəm ki, kimsə mənə oyundan sual versin. Texniki-taktiki suallar verən yoxdur. Bu gün yalnız komandamın oyununu qabartmaq istəyirəm. Bu da məni qane etdi. Məşqçi kimi öz işimi ürəklə, şərəflə görürəm. Heç bir çatışmazlıq yoxdu. Verdiyiniz suallar eynidi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right