Ayxan Abbasov: "... öz futbolçularıma həqarət etmək istəmirəm"

Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sumqayıt” (2:0) matçından sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görəo, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Futbolçuların əzmkarlığı məni qane etdi. Taktiki düzgün oynadıq. Təəssüf ki, ilk hissənin sonunda səhv bizə başa gəldi. İkinci hissəyə bərabərliklə yollansaydıq, daha yaxşı nəticə ola bilərdi. Gənc oyunçularımız belə matçlarda artıracaq. Bu cür rəqibə qarşı oynamaq onların xeyrinədi. İşimiz çoxdu. Mövsümün əvvəlidi. Növbəti oyunlara hazırlaşırıq.

- Amil Yunanovun əvəzinə Mahir kimi futbolçu olsaydı taktiki gözəl oyununuz qolla da nəticələnə bilərdimi?
- Hansısa rəqib futbolçu haqda danışıb, öz futbolçumuza həqarət etmək istəmirə. Əlimizdən olanlar bunlardı. Belə rəqiblə 1-2 epizod olur. Futbolçuların oyunu üzərinə götürməsi çatmadı bizdə. Olsaydı, daha kəsərli oynaya bilərdik. Sona qədər vuruşacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right