“Turan Tovuz”la “Kəpəz”dən növbəti qələbə

Futbol üzrə Azərbaycan I divizionunda V tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun günündə də üç görüş baş tutub.

“Kəpəz” doğma meydanda “Ağsu”nu minimal hesabla üstələyib. 

“Keşlə” və “Sumqayıt”ın əvəzedicilərinin duelində qonaqlar sevinən tərəf olub. 

Son çempion MOİK-lə qarşılaşan “Turan Tovuz” isə ardıcıl 5-ci qələbəsini rəsmiləşdirib.

I divizion
V tur

26 sentyabr

Səbail-2 - Zaqatala 0:0
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Kərim Zeynalov, Etibar Həsənov.
“ASCO Arena”. 15:00.

Qaradağ Lökbatan - Qarabağ-2 0:1
Qol: İzzət Müştaqov, 4+1.
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Elmin Süleymanov, Cahangir Yusifzadə.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

Neftçi-2 - Sabah-2 1:2
Qol: Hüseyn Hüseynzadə, 20 – Vadim Abdullayev, 39. Murad Bağırov, 76.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança). 15:30.

27 sentyabr

Kəpəz – Ağsu 1:0
Qol: Nodar Məmmədov, 36-pen.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Səbuhi Əmrahov, Namiq Bəkirov
Gəncə şəhər stadionu. 15:30.

MOİK – Turan Tovuz 0:3
Qol: İlkin Sadıqov, 8. Elçin Qasımov, 77. Murad Hüseynov, 90+7.
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Nahid Əliyev, Cahangir Yusifzadə
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. 15:30.

Keşlə-2 – Sumqayıt-2 0:2
Qol: İbrahim Əliyev, 66. Ali Alizade, 81-öz qapısına. 
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elxan Əsgərzadə, Rəşad Əhmədov
“ASK Arena”. 15:30.

Qeyd: 5-ci turda “Zirə-2” komandası istirahət edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right