"Düdelanj" baş məşqçisini yenə dəyişir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj"da problemlər bitmək bilmir. Yerli mətbuatın yazdığına görə, Lüksemburq təmsilçisi yenidən baş məşqçisini dəyişməyə hazırlaşır.
 
Avrokuboklardakı uğurlu çıxışa baxmayaraq, daxili birinciliyə zəif başlayan "Düdelanj" bir neçə gün əvvəl Emilio Ferreyranı qovaraq, baş məşqçi postuna Bertran Krassonu gətirmişdi. Komanda onun rəhbərliyi altında APOEL üzərində səfər qələbəsi (4:3) qazanıb. Lakin Lüksemburq çempionatının VI turunda "Titus Petanqe"yə məğlubiyyət (0:2) belçikalı mütəxəssisin komandada çox qalmayacağından xəbər verdi.
 
Klubun idman direktoru Sofian Benzuen də bunu istisna etməyib. O, yerli mətbuata açıqlamasında gələn həftə "Qarabağ"la keçiriləcək qarşılaşmadan sonra yekun qərarı verəcəklərini bildirib: "Düzgün seçim etmək üçün əlavə bir həftə vaxt lazımdı. "Qarabağ"la keçiriləcək oyundan sonra bu məsələyə yenidən baxılacaq. Qərar sırf meydandakı nəticələrə görə verilməyəcək. Krasson baş məşqçi postunda qalmasa belə, ən azı köməkçi məşqçi kimi burdakı fəaliyyətini davam etdirməlidi".
 
Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında oyun oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right