Millimizin meneceri Almaniyanın oyununda

Azərbaycan millisinin meneceri Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb. Newsport.az xəbər verir ki, o, oktyabrın 15-də iş başında olacaq.

Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Zenicadakı Bilino polie stadionunda keçiriləcək  Bosniya və Herseqovina – Almaniya oyununun UEFA nümayəndəsi Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, Zaur Hacı-Məhərrəmov eyni zamanda AFFA-nın Futzal üzrə koordinatoru vəzifəsində çalışır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right