Bordin hesabat verdi

Bu gün “Neftçi” klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Newsport.az klubun saytına istinadən xəbər verir ki, klubun inzibati binasında baş tutan görüşdə şura üzvləri əvvəlcə komandanın icra orqanı ilə hazırkı durumu müzakirə ediblər, görülən və planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparıblar.
 
Daha sonra iclasa idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin və futbolçular dəvət edilib. Onlara “Neftçi”nin son turlardakı nəticələri ilə bağlı iradlar çatdırılıb, problemlərin səbəbləri soruşulub.
 
Müşahidə Şurasının üzvləri görüşdə qeyd olunan nüansların ən yaxın zamanda həll olunması ilə bağlı tövsiyə və tapşırıqlarını veriblər.
 
Komandaya qarşıdakı turlarda uğurlar arzulayıblar.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right