Fritz Stuxlik Türkiyədən sonra Belarusa gedəcək

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik növbəti təyinatı alıb. Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.

Belə ki, avstriyalı oktyabrın 11-də Belarusun Jodino şəhərindəki “Torpedo” stadionunda keçiriləcək Belarus – Norveç oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, Stuxlik Avropa Liqasının C qrupu çərçivəsində oktyabrın 3-də Trabzonda keçiriləcək “Trabzonspor” –  “Bazel” qarşılaşmasında da hakim-inspektor kimi fəaliyyət göstərəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right