“Qarabağ”ın “Neftçi” ilə oyununun vaxtı bilindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı turun oyun cədvəli məlum olub.

Newsport.az xəbər verir ki, turun bütün görüşləri saat 15:30-da başlayacaq. Bu tur “Sumqayıt-2” komandası istirahət edəcək.

Birinci Divizion
6-cı tur

1 oktyabr

Qarabağ-2 – Neftçi-2
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

3 oktyabr

Keşlə-2 – Turan Tovuz
“AZAL Arena”

Ağsu – MOİK
Ağsu şəhər stadionu

Sabah-2 – Kəpəz
Binə qəsəbə stadionu

4 oktyabr

Zaqatala – Qaradağ Lökbatan
Zaqatala şəhər stadionu

Zirə-2 – Səbail-2
“AZAL Arena”

Qeyd: “Qarabağ-2” – “Neftçi-2” oyunu U-19 milli komandasının rəsmi oyunlarına görə müraciəti və hər iki komandanın razılığı ilə daha tez tarixə keçirilib. Tovuz şəhər stadionu təmirə bağlandığı üçün 1-ci dövrənin oyunu “Keşlə-2” – “Turan Tovuz”, 2-ci dövrənin görüşü “Turan Tovuz” – “Keşlə-2” matçı kimi nəzərə alınacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right