Rossi Azərbaycanla oyunun heyətini nə vaxt açıqlayacaq?

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Macarıstan yığmasının qarşıdakı oyunlar üçün heyəti gələn həftə müəyyənləşəcək. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Marko Rossi sentyabrın 30-da gələn aykı görüşlərin iştirak ərizəsini açıqlayacaq.

İtaliyalı mütəxəssisin ilkin deyil, yekun heyəti ictimaiyyətə təqdim etməsi gözlənilir. Oktyabrın 10-da Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Azərbaycan millisini Budapeştdə qəbul edəcək.

Qeyd edək ki, 5 oyunda 9 xal toplayan Macarıstan yığması 3-cü pillədə qərarlaşıb. Millimizin aktivində isə cəmi 1 xal var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right