Beqoviç "Marca"nın ən pisləri sırasında

İspaniyanın məşhur "Marca" nəşri ötən mövsümün "ən pis futbolçuları" sorğusu keçirib. Newsport.az saytı xəbər verir ki, 150 minə yaxın azarkeşin iştirak etdiyi səsvermədə keçən mövsümün ən pis qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu müəyyənləşib.

Azarkeşlər ən pis qapıçı kimi "Liverpul"lu Lorius Kariusu seçib. Çempionlar Liqasının "Real"la final matçında kobud səhvə yol verən və hazırda icarə əsasında "Beşiktaş"da çıxış edən almaniyalı 91% səs toplayıb. Onu "Real Sosyedad"ın yayda "Monpelye"yə icarəyə verdiyi Jeronimo Rulli izləyib. Ən uğursuz üçüncü qapıçı isə hazırda "Qarabağ"ın çərçivəsini qoruyan Asmir Beqoviç olub. Bosniyalı "Bornmut"dakı çıxışına görə, buna "layiq görülüb".

Ötən mövsümün ən pis müdafiəçisi Fil Cons ("Mançester Yunayted"), yarımmüdafiəçisi Filipp Koutinyo ("Barselona"), hücumçusu isə Aleksis Sançes ("Mançester Yunayted") olub. Maraqlıdı ki, Koutinyo və Sançes də qapıçılar kimi, hazırda başqa klubun şərəfini qoruyur.

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi yanvara qədər icarəyə götürüb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah