Əliyev oynadı, “Ufa” 1/8 finala yüksəldi

Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə aşağı liqa təmsilçisi “Çayka” ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqayın adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” bu qələbə sayəsində 1/8 finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right