"Qarabağ"a qarşı diqqətli olmalıyıq"

"Hazırda üç cəbhədə mübarizə aparırıq. Hər şeyi idarə etmək asan deyil". Newsport.az saytının məlumatına görə, bunu "Düdelanj"ın futbolçusu Tibo Leskua deyib.

Belçika mətbuatına açıqlama verən sol cinah müdafiəçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində APOEL üzərində qazanılan səfər qələbəsini dəyərləndirib. 24 yaşlı oyunçu inanılmaz qalibiyyət əldə etdiklərini söyləyib: "Məşqçi ikinci hissədə Mehdi Kirxin yerinə daxil olaraq, təzə qan gətirməyimi istədi, mən də bu işi gördüm. Vəziyyəti ələ aldıq və 82-ci dəqiqədə bərabərlik qolunu vurduq. Ardından isə hesab 3:4 oldu. Bu, dəlilik idi. Həqiqətən də, bütün hissləri keçirdik. İlk dəfədi ki, bir mövsüm ərzində avrokubokda bu qədər çox çıxış edirəm. Klub üçün tarixi qələbə oldu. Daha yaxşısını xəyal edə bilməzdim".

Yay fasiləsində "Düdelanj"a transfer olunan Leskua növbəti turda "Qarabağ"la ev oyununda diqqətli olmağın vacibliyini vurğulayıb: "Özümüzü yandırmamalıyıq. Kiprlilər az qala bizi öldürəcəkdilər. Mətbuat konfransında kifayət etdilər. Amma bizim də itirəcək heç nəyimiz yox idi. Geridönüş mürəkkəb görünür. "Sevilya"ya nisbətən daha az tanınmasına baxmayaraq, "Qarabağ"a qarşı da çox diqqətli olmalıyıq".

Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" oyunu oktyabrın 3-də keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah