Emil Balayev "Tobol"u Türkiyə klubuna dəyişir?

Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev sərgilədiyi oyunla böyük klubların diqqətini çəkir.

 

Newsport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Türkiyənin bir neçə klubu 25 yaşlı qolkiperlə maraqlanır. Super Liqa təmsilçisi "Konyaspor" Balayevi transfer etmək istəyən klublardan biridir.

 

Emil bu ilin əvvəlində "Səbail"dən "Tobol"a keçib. O, Qazaxıstan Premyer Liqasında keçirdiyi 27 oyunun 18-də qapısını toxunulmaq saxlamaqla rekorda nail olub. Emilin Kostanay təmsilçisi ilə müqaviləsi 2020-ci ilin sonunda başa çatır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right