Yığmamız son oyununda uduzdu

Futzal üzrə Azərbaycan millisi bu gün Rusiyanın Həştərxan şəhərində təşkil edilən Caspian Cup-2019 turnirində son oyununu keçirib.

Newsport.az xəbər verir ki, yığmamız Qazaxıstan futzalçıları ilə qarşılaşıb. Görüş rəqibin 5:2  hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Thaqo Teles və Eduardo fərqlənib.

Qeyd edək ki, millimiz turnir çərçivəsində bundan əvvəl 2 oyun keçirmişdi. Rusiya yığmasına 1:2 hesabıyla uduzan futzalçılarımız, İranla qollu bərabərə qalmışdı – 2:2. Komandamız bu nəticələrdən sonra turniri sonuncu - dördüncü pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right