Divizion klubları cərimələndi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra I Divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Sumqayıt-2” – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində MOİK-in futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunub.

 

“Ağsu” – “Neftçi-2” matçında “Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə 80 manat cərimə olunub.

 

“Qarabağ-2” – “Səbail-2” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Səbail” klubu 80 manat cərimə olunub.

 

“Turan Tovuz” – “Kəpəz” matçında “Turan Tovuz”un nümayəndəsi oyunöncəsi iclasa gecikdiyinə görə klub 80 manat cərimə olunub. “Turan Tovuz” və “Kəpəz” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunub.

 

I Divizionun 3-cü turunun MOİK – “Keşlə” matçında MOİK komandası oyunun videoçəkilişini aparmadığına görə klub 80 manat cərimə olunub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah