“Sumqayıt” və “Neftçi”nin legionerləri cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail” – “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Sabah” matçında “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Neftçi” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 35-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Donald Gerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right