“Qarabağ” “Neftçi”ni zirvədən saldı

Azərbaycan Premyer Liqasının V turunda əlamətdar hadisə qeydə alınıb. 

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, ölkə çempionatları tarixinin ümumi cədvəlində lider dəyişib.

1992-ci ildən keçirilən yarışın cədvəlində uzun illər lider olan “Neftçi” ilk pilləni əldən verib. Zirvəyə Premyer Liqada son 6 mövsümün çempionu “Qarabağ” yüksəlib.

V turda “Zirə”ni 3:1 hesabı ilə yenən Ağdam klubu qələbəyə görə üç xal prinsipi ilə hesablanan cədvəldəki xalını 1496-ya çatdırıb. Eyni sayda – 782 matç keçirən “Neftçi” isə bir xal geri qalır.

Qeyd edək ki, “Qarabağ” 782 oyunda 439 qələbə qazanıb, 179 heç-heçə edib və 164 dəfə uduzub. “Neftçi” isə 441 qələbə qazanıb, 172 heç-heçə edib və 169 dəfə məğlub olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah