"Qarabağ" quru seruyası 498 dəqiqə davam etdi

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk qolunu buraxıb.

 

Newsport.az PFL-ə istinadən xəbər verir ki, Ağdam klubunun quru seriyası “Zirə” ilə V turun matçında qırılıb. 3:1 hesablı qələbə qazanan əyalət klubunu 88-ci dəqiqədə Xulio Sezar Rodriqes məyus edib.


İlk 4 turda “Keşlə”ni 1:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” son qolunu ötən mövsüm buraxmışdı. 2018/19 mövsümünün XXVIII turunun mayın 11-də baş tutan qarşılaşmasında “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən ağdamlılar iki dəfə topu qapısında görmüşdü. Canluka Sansonenin 40-ci dəqiqədə vurduğu qoldan 135 gün sonra çempionun qapısına yol tapmaq mümkün olub.

 

“Qarabağ”ın quru seriyası 498 dəqiqə sürüb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah