6-cı turun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında VI turun oyunlarının bütün təyinatları müəyyənləşib.
 
Newsport.az saytının məlumatına görə, qarşılaşmalar 27-29 sentyabr tarixlərində baş tutacaq.
 
FİFA referisi Əliyar Ağayev turun qapanış oyunu olan “Keşlə” – “Zirə” qarşılaşmasını idarə edəcək.
 
Premyer Liqa
VI tur
27 sentyabr (cümə)
19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi:Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu
28 sentyabr (şənbə)
 
17:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi:Seymur Səlimli
Qəbələ şəhər stadionu
29 sentyabr (bazar)
 
17:30. “Sabah” – “Səbail”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi:Elbrus Abbasov
“Bank Respublika Arena”
 
19:45. “Keşlə” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi:Maşallah Əhmədov
“ASCO Arena”
 
Qeyd: Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right