"Çiçaritonun "Qarabağ"a qolu..."

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya"nın hücum xətti azarkeşlərin və ictimaiyyətin ürəyincə deyil.

Newsport.az saytı xəbər verir ki, yerli mətbuat bununla bağlı sorğu keçirib.

Aparıcı mətbu orqanlarının rəhbərləri arasında aparılan sorğuda əndəlüs klubunun hücumda kimə şans verməsi ilə bağlı sual səsləndirilib. Həmkarlarımız yay fasiləsində 3 transferə ümumilikdə 40 milyon avrodan çox xərc çəkilməsini (Munas Dabbur - 18,7 milyon avro, Luk de Yonq - 13,7 milyon, Çiçarito - 8,5 milyon) doğru hesab etmir. Onlar yeni forvardarlardan Xavyer Ernandesin əsas heyətə layiq olduqlarını düşünür.

Çiçaritonun, xüsusən də, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı qarşılaşmada vurduğu qol sevilyalıları ümidləndirib: "Çiçaritonun "Sevilya"ya gəlişi, Avropa Liqasında cərimə zərbəsindən "Qarabağ"a vurduğu qol azarkeşləri həyəcanlandırdı. "Sevilya"nın hücum performansını artırması üçün qol vuran futbolçuya ehtiyacı var. Luk de Yonq bu gözləntiləri qarşılaya bilmədiyi üçün çox tənqid olunur, Munas Dabbur isə əsas heyətdə oynayacaq səviyyədə deyil. "Qarabağ"la matçdan sonra hər kəs Çiçaritonun komandada qolçu və ön xətdə pressinq tətbiq edən futbolçu olacağını düşünür".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" - "Sevilya" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right