Qurban Qurbanov: "Qələbə qazanmaq vacib idi"

Azərbaycan Premyer Liqasında V turun "Zirə" - "Qarabağ" (1:3) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

 

Newsport.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Bu oyunda qələbə qazanmaq vacib idi. Əhəmiyyətli 3 xal əldə etdik. 

 

- Son iki oyunda cərimə zərbəsindən qol buraxırsız. Bununla bağlı qapıçı məşqçisi ilə söhbət edəcəksiz? 
- Xeyr. Cərimə zərbəsini yerinə yetirənlər daha dəqiq olur. 

 

- Xayme Romeronun durumu necədi? 
- Deyəsən yaxşı deyil. 

 

- Maqaye Qeye və Faysalın durumu? 
- Elə ciddi problem yoxdu. 

 

- Bəs Rahil Məmmədov və Mahir Emreli necə? 
- Mahirin durumu düzəlir. Ola bilsin ki, komandaya daha tez qoşulsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right