"Günah keçisi" məlumdur

Yayboyu transferləriylə çempionluq inamını birəbeş artıran "Neftçi" çempionata pis başladı; beş turdan sonra beş xalla altıncı yerdədir.

Belə olmamalı idisə, onda niyə belədir?

Bunadək çox fikirlər müzakirə edildi. Lakin deyəsən, getdikcə bulanıq sularda bulaşanlar görünməyə başlayıb.

Avropa Liqasında "Arsenal" şousundan sonra enişə yuvarlanan "Neftçi"nin dönüş qura bilməməsi belə qənaət yaratmışdı ki, "ağ-qaralar" pis bir əlamətə "hamilədir"...

Artıq pis əlamətin adını çəkmək olar: baş məşqçi Roberto Bordin.

Proses narahat və ağrılı gedir. Belə davam etsə, güman ki, "qeysəriyyə" müdaxiləsinə ehtiyac qalacaq.

Belə "əməliyyatlar" az olmayıb. Düşüşlər, çətin doğuşlar, cərrahi müdaxilələr və s. olsa da, hələ ki, gün doğmayıb bu komandanın üzünə. Hələ də gec deyil və ya ümid var. Bəlkə də vaxtında aBor(t)dinq olmalıydı....

Futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right