Adil Nağıyev üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının V turu “Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub.
 
Newsport.az PFL-ə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib. Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.
 
1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub.
 
Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.
 
mövsüm klub oyun qol
2015/16 Zirə (Bakı) 25 1
2016/17 Zirə (Bakı) 22 1
2017/18 Zirə (Bakı) 24 1
2018/19 Zirə (Bakı) 12 0
2018/19 Sumqayıt 12 0
2019/20 Səbail 5 0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right