"Nəticəni bir qol həll edəcəkdi" Emil Balayev

"Çətin oyun olacağını başa düşürdük. Qarşılaşmanın nəticəsini bir qol həll edəcəkdi və bunu son dəqiqələrdə biz vurduq". Newsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.

Qazaxıstan Premyer Liqasının XXVII turunda "Şaxtyor"un qonağı olan "Tobol" 1:0 hesablı qələbə qazanaraq, liderliyini davam etdirib.

Qarşılaşmadan sonra klubun rəsmi saytına danışan Balayev qələbədən məmnunluğunu bildirib: "Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadı. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundu. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".

Qeyd edək ki, 58 xalla zirvədə qərarlaşan "Tobol" ən yaxın izləyicisi "Kayrat"ı 2 xal qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right