Ayxan Abbasov hisslərini cilovladı, Rəşadla qucaqlaşdı

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Sabah" matçının (1:0) sonlarında gərgin anlar yaşanıb.

Newsport.az-ın məlumatına görə, oyunun sonlarında top meydanı tərk edərkən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova tərəf gedib. Qonaqların yarımmüdafiəçisi Rəşad Eyubov topu ondan tez götürüb oyuna daxil etmək istəyərkən mübahisə yaşanıb.

Bu zaman Ayxan Abbasov hisslərinə hakim olmağı bacardı və meydana daxil olub Rəşadla qucaqlaşdı. O, bu addımı ilə vəziyyətin gərginləşməsinə imkan vermədi.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right