Beqoviçin əlcəyi satışa çıxarıldı

“Qarabağ”ın qapıçısı Asmir Beqoviçin əlcəyi hərraca çıxarılıb.

Newsport.az-ın məlumatına görə, bu haqda Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb.
Əlcəyi internetdəki ən böyük alış-veriş saytı olan “Ebay”dan almaq mümkündür. Əlcəyə 35 dollar start qiyməti qoyulub.

“AB1GK” brendi ilə bosniyalı qolkiperin öz imzası ilə hədiyyə etdiyi əlcəyi satışa çıxaran şəxs əldə olunacaq gəlirin tam olaraq xeyriyyə məqsədilə xərclənəcəyini qeyd edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah