Azərbaycanlı futbolçu rəmzi komandada yer aldı Foto

Küveyt Premyer Liqasında mövsümün ilk turunun rəmzi heyəti açıqlanıb.

 

Newsport.az-ın məlumatına görə, simvolik komandada "Əl-Salmiyə" klubunda çıxış edən azərbaycanlı futbolçu Kamal Mirzəyev də yer alıb.

 

24 yaşlı dayaq yarımmüdafiəçisi ilk turun ən yaxşı 11 futbolçusundan biridir. Kamalın çıxış etdiyi komanda ilk turda "Əl-Ərəbi" ilə evdə 3:3 hesablı heç-heçə etmişdi. Mirzəyev həmin matçda 90 dəqiqə oynayıb.

 

"Əl-Salmiyə" II turda "Əl-Şabab Küveyt"in qonağı olacaq.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah