"Rəqiblərə hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik" - "Düdelanj" cəbhəsi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer alan Lüksemburqun "Düdelanj" klubu səfərdə Kipr təmsilçisi APOEL-i 4:3 hesabı ilə məğlub etdi.

 

Newsport.az xəbər verir ki, oyundan sonra "Düdelanj"ın məşqçisi Bertrand Krasson qələbəni şərh edib.

 

10 gün öncə istefaya göndərilən belçikalı baş məşqçi Emilio Ferreranı əvəzləyən 47 yaşlı mütəxəssis karyerasının ən gözəl gününü yaşadığını bildirib:

 

"Böyük oyun keçirdik. Hesabda geri düşdükdən sonra ruhdan düşmədik. Futbolçularımın hamısı məni təəccübləndirdi. Hesab 2:3 olduqdan sonra lap inanılmaz oldular. Belə bir rəqibə dörd qol vurmaq hər şeyi söyləyir. Çox xoşbəxtik.

 

Qrupdakı şanslar? Oyundan oyuna görəcəyik. Bu zəfər bizə çox yardım edəcək. Bu axşam karyeramın ən gözəl anlarından biridir. Hər andan yararlanmalıyıq. Kağız üzərində favorit göstərilmirik, üzərimizdə basqı azdır. Rahat oynayırıq.

 

Avropa Liqasının qrup mərhələsi hər bir futbolçuya hədiyyədir. Qrupda qalib gələn ilk Lüksemburq komandası olduq. "Sevilya", "Qarabağ" və APOEL çempionatlarında hökmranlıq edən klublardır. Bu komandalara hörmətlə yanaşırıq, ancaq məğlubiyyəti qəbul etmirik. Hamını silahlarımızla cavablandıracağıq".

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah