Güləşçilərimizdən uğursuz çıxış

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Newsport.az saytı xəbər verir ki, bu gün sərbəst güləş üzrə 70, 74, 92 və 125 kq-da mübarizəyə sart verilib.

70 kq çəki dərəcəsində mübarizə aparan Ağahüseyn Mustafayev təsnifat mərhələsində Türkiyə güləşçisiylə ağır görüş keçirib. Hesabda 0:6 geriyə düşən həmyerlimiz möhtəşəm geridönüş edərək qələbə qazanıb. Ancaq dünya çempionatının gümüş medalçısı Adam Batırova (Bəhreyn) məğlub olub.

Hacımurad Hacıyev (74) ilk görüşdə sabiq dünya çempionu, Olimpiadanın ikiqat medalçısı Kumar Suşillə qarşılaşıb. Hindistanlı güləşçi 9:4 hesabıyla önə çıxsa da, ikinci hissədə əzmkarlıq nümayiş etdirən yığmamızın üzvü qələbə qazanıb. Hacımurad növbəti mərhələdə 3 qat Avropa çempionu, Olimpiadanın və dünya çempionatının bürünc medalçısı Soner Demirtaşla üz-üzə gəlib. Növbəti dəfə əzmkar çıxışla diqqət çəkən Hacıyev II Avropa Oyunlarındakı məğlubiyyətin revanşını alıb. Özbəkistan güləşçisiylə qarşılaşma da gərgin mübarizə şəraitində keçib. Bu görüşdən də qalib ayrılan Hacımurad adını 1/4 finala yazdırıb. Bu mərhələdə olimpiya və 4 qat dünya çempionuyla qarşılaşan təmsilçimiz amerikalı rəqib Cordan Barrousla bacarmayıb.

Şamil Zubairov debütdə qələbə qazanmağa yaxın olsa da, son saniyələrdə üstünlüyü əldən verərək Türkiyə pəhləvanına yenilib.

Cəmaləddin Məhəmmədov startda Belarus idmançısından güclü olub. Yığmamızın təcrübəli siması alman rəqibini də üstələyərək 1/4 finala vəsiqə qazanıb. Ancaq Məhəmmədov yarımfinalın bir addımlığında çinli həmkarına uduzub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah