"Çiçaritonun qolundan sonra vəziyyətimiz yaxşılaşdı"

"Çətin oyun idi. Çünki "Qarabağ" həmişə güclü komandaları sıradan çıxararaq, qrup mərhələsinə yüksəlib. Bu matçda müsbət nəticə əldə etdik. Komanda olaraq çox yaxşı oynadıq və topa sahib olduq. Birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə Çiçaritonun qolundan sonra vəziyyətimiz yaxşılaşdı və əla nəticə əldə etdik".

Newsport.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Sevilya"nın futbolçusu Alexandro Pozo Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Ağdam klubu ilə görüşlə “Sevilya”da rəsmi debütünü edən 20 yaşlı oyunçu daha sonra bildirib: "Debüt etdiyim üçün çox həyəcanlı idim. Çox xoşbəxtəm. Uşaqlıq arzumu gerçəkləşdirdim. Bundan sonra komandada möhkəmlənmək üçün əlimdən gələni edəcəm. Baş məşqçi Bakıdakı matçda oynayacağımı deyəndən sonra bir az gərginlik, əsəbilik yaşadım. Amma topa ilk toxunuşumla bunların hamısı yox oldu. Baş məşqçi sakit oynamağımı söylədi. Mən də onun dediyini etdim. Hər şey yaxşı alındı".

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah