Munir "Qarabağ"a vurduğu gözəl qoldan danışdı

"Sevilya"nın hücumçusu Munir Əl-Həddadi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri oyunla bağlı fikirlərini açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüşdə komandasının ikinci qolunu vuran ispaniyalı futbolçu həmin epizod baərə danışıb:

"Rəqib qapıçı ucaboy olduğundan topu onun başı üzərindən qapıya göndərməyi qərara aldım. Açığı, həmin an bunu bacarıb-bacarmayacağımı düşünürdüm. Onun önə çıxdığını gördüm və topu qapıdan keçirdim.

Həm müdafiədə, həm də hücumda yaxşı işlər gördük. Məşqlərdə bunun üzərində işləyirik. Düşünürəm ki, bu, gələcəyə gedən yoldur".

Munir artıq La Liqada "Real"la keçirəcəkləri oyunu düşünməli olduqlarını söyləyib: "Artıq bu oyunu unudub, bazar günü "Real"la keçirəcəyimiz matçı fikirləşməliyik. Yenə də hədəfimiz 3 xaldır. Qazanılan hər qələbə komandada inamı artırır. Azarkeşlərimizi sevindirməliyik, onlar buna layiqdirlər".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah