"Azərbaycanlı" futbolçu Türkiyə klubuna lazım deyil

Azərbaycan millisinin formasını geyinmiş Ufuk Budakın Türkiyədə işləri yolunda getmir. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yay fasiləsində "Altınordu"ya keçən müdafiəçi yeni komandasında da özünü göstərə bilmir.

TFF I Liqada 4 tur geridə qalmasına baxmayaraq, "Altınordu" "Boluspor"dan aldığı 29 yaşlı sol cinah oyunçusuna 1 dəqiqə də olsun şans verməyib. Milliləşdirilən futbolçu yalnız geridə qalan turda "Əskişəhərspor"la ev matçında "20-liy"ə düşməklə öyünə bilər. Həmin oyunu da ehtiyatdan izləməklə kifayətlənib.

Qeyd edək ki, "Altınordu" ilk 4 turda cəmi 4 xal toplayıb və hazırda 12-ci pillədə qərarlaşır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah