"Hər matç final xarakteri daşıyır" "Qəbələ"nin kapitanı

"Səbail”lə qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizim üçün hər oyun çox vacibdi". Newsport.az xəbər verir ki, bunu "Qəbələ"nin kapitanı Anar Nəzirov deyib.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının V turunda “Səbail”lə görüşəcək. Qapıçı sentyabrın 21-dəki oyun barədə klubun rəsmi saytına fikirlərini bildirib: “Səfərdə oynayacağımız bu matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Arxada qalan dörd turda yalnız bir qələbə qazanmışıq. Bu da demək olar ki, çox azdı. Hər matç final xarakteri daşıyır. Əlimizdən gələni edib, ən yaxşı oyunumuzu nümayiş etdirib, səfərdən lazım olan xal, qələbə ilə dönmək niyyətindəyik”.

Ötən tur “Sabah”la səfər matçında əldə olunan 1:0 hesablı qələbənin əhəmiyyətini vurğulayan təcrübəli qapıçı qarşıdakı rəqib barədə də fikirlərini bölüşüb: “Əlbəttə, “Sabah” üzərində ötən turda qazanılan qələbə bizim üçün çox vacib idi. Bu, komandaya əlavə özünəinam bəxş etdi. Çünki buna qədər həm qol vura bilmirdik, həm xal qazanmırdıq. Paytaxt səfərində isə qol da vurduq, qələbə də qazandıq. Bundan sonra hər şey qaydasına düşdü. “Səbail” turnir cədvəlində də üst pillələrdə qərarlaşıb. Güclü komandadı. Hər görüşdə sürpriz etməyə qadir komandadı. İstəyimiz odu ki, onlarla matçda da əlimizdən gələni edərək qalib gələk”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right