"Beqoviçin gələcək taleyinə icarə müddəti bitdikdən sonra baxılacaq"

"Bornmut"un baş məşqçisi Eddi Hau qapıçıları Asmir Beqoviçin "Qarabağ"a keçidini dəyərləndirib. Newsport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis bosniyalı qolkiperin bu transferdə qərarlı olduğunu söyləyib.

Haunun sözlərinə görə, 32 yaşlı qapıçı oyun praktikasına görə, bu addımı atıb: "Beqoviçin "Qarabağ"a keçidinin bütün tərəflər üçün ən yaxşısı olduğunu düşünürəm. Onunla bu barədə fikir ayrılığı olmayıb. Düşünürəm ki, Asmir oynamaq istəyirdi və bunu dəqiq etdi. Biz də istəyinə çatması üçün ona kömək etməyə çalışdıq. Ona oynamağa icazə verdik və artıq ilk matçını keçirib. Gələcək taleyinə isə icarə müddəti bitdikdən sonra baxacağıq".

Qeyd edək ki, "Qarabağ" Beqoviçi yanvara qədər icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right